Xəzər Xəbər

Deputatdan şok: Koronavirusa yoluxdum, sağalmayacam...

Dünya | 13:27 • 26 Fevral 2020
Deputatdan şok:

İran Milli Məclisinin deputatı Mahmud Sadiqi koronavirusa yoluxduğunu bəyan edib.

Günaz TV xəbər verir ki, islahatçı millət vəkili bu barədə Tvitter hesabında yazıb.

"Mən koronavirusa yoluxmuşam. Bu barədə məlumatı yaşamağa ümidim olmadığı bir vəziyyətdə yayıram”, - deyə Sadiqi qeyd edib.

Deputat, həmçinin, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisini virusun yayılmasının qarşısını almaq üçün siyasi məhbuslara məzuniyyət verməyə çağırıb./axar.az

Xəbər lenti