Xəzər Xəbər

Ukraynaya qatılması Donbas üçün təhqirdir - Surkov

Dünya | 13:06 • 26 Fevral 2020
Ukraynaya qatılması Donbas üçün təhqirdir - Surkov

Donbas Ukraynanın tərkibinə qayıtmayacaq.

Bunu Rusiya Prezidentinin keçmiş köməkçisi Vladislav Surkov deyib. O, Ukraynanın Donbasa layiq olmadığını bildirib:

"Donbas belə təhqiri haqq etmir. Donbas mənim üçün nə yox, kimdir. Hər şeydən əvvəl bu, insanlar deməkdir. Zaxarçenko, Xodakovksi, Boroday, Pinçuk, Bolotov, Bezler, Tolstıx (Donbasın səhra komandirləri – red.)...”

Axar.az

Xəbər lenti