Xəzər Xəbər

Koronavirusa qarşı ilk peyvənd hazırlandı

Dünya | 13:16 • 25 Fevral 2020
Koronavirusa qarşı ilk peyvənd hazırlandı

Çinin Tyantszin Universitetinin alimləri koronavirusa qarşı potensial peyvənd hazırlayırlar.

Bu məlumatı "Xuantsyu şibao” qəzeti yayıb. Yeni peyvəndin tədqiqatının professor Xuan Tszinxayanın rəhbərliyi altında aparıldığı vurğulanıb.

Peyvənd istehsalı üçün əsasən, çörək mayasından istifadə edilib, yeni koronavirusun S-zülalından isə antitellərin generasiyası üçün hədəf olaraq istifadə edilib.

Qeyd olunur ki, məhz S-zülallar orqanizmin bədən hüceyrələri reseptorlarında möhkəmlənə bilər. Üstəlik, onun virusun orqanizmə həssas hüceyrələr vasitəsilə daxil olmasına imkan yaradan əsas zülal olduğu vurğulanıb. Məhz buna görə S-zülallar yeni koronavirusun müalicə və profilaktikası üçün dərman və peyvənd hazırlığında əsas götürülüb.

Tədqiqat qrupunun rəhbəri artıq bu peyvənddən qəbul edib və heç bir əks-effekt müşahidə edilməyib. Hazırda peyvəndin üzərində toksikoloji qiymətləndirmə, effektiv analiz və istehsal imkanlarının başlanması üçün iş aparıldığı vurğulanıb./axar.az

Xəbər lenti