Xəzər Xəbər

İranda koronavirusdan ölənlərin sayı artır

Dünya | 13:03 • 25 Fevral 2020
İranda koronavirusdan ölənlərin sayı artır

İranda koronavirusdan ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İranda koronavirusa yoluxanların sayı 50, ölənlərin sayı isə 14 nəfər olub.

Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 12-yə çatdığı bildirilmişdi. Ölüm halları Qum, Mərkəzi və Mazandaranda qeydə alınıb.

İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi isə son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər öldüyünü iddia etmişdi./axar.az

Xəbər lenti