Xəzər Xəbər

İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı - Millət vəkili ŞOK FAKTLARI AÇDI

Dünya | 14:44 • 24 Fevral 2020
İranda DƏHŞƏT:

İran Parlamentinin Qum şəhərindən millət vəkili Əhməd Əmirabadi ölkədə koronavirusun 3 həftə əvvəl yayıldığını deyib.

İranlı İşçilər Xəbər Agentliyi xəbər verir ki, millət vəkili son 2 həftə ərzində 50 nəfərin epidemiyadan öldüyünü açıqılayıb.

Əmirabadi Səhiyyə Nazirliyini məsuliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama gec verilib.

"Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələri müalicə edən tibb bacılarının xüsusi qoruyucu geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Xəstəliyi müəyyən edəcək texnologiya kifayət etmir. Bir çox əczaxanada maska belə yoxdur”,- deputat bildirib. O, Qum şəhərində 250 nəfərin karantində olduğunu qeyd edib.

Əmirabadi qeyd edib ki, Səhiyyə naziri Səid Nəməkiyə "xalqa niyə yalan danışırsınız?” deyib./Publika.az

Xəbər lenti