Xəzər Xəbər

Türkiyədə daha bir güclü zəlzələ RƏSMİ AÇIQLAMA

Dünya | 18:02 • 23 Fevral 2020
Türkiyədə daha bir güclü zəlzələ

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən güclü zəlzələdən sonra günorta saatlarında daha bir yeraltı titirəyişlər qeydə alınıb.

Bu dəfə zəlzələ Türkiyənin Manisa vilayətinin Akhisar şəhəri yaxınlığındakı Karaborklu qəsəbəsində qeydə alınıb. Türkiyənin rəsmi qurumlarının ildirdiyinə görə, yeraltı titrəyişlər episentrdə 4,8 bal olaraq qeydə alınıb.

Dağıntı və təlafat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın Şial-qərbindəki Xoy şəhəri yaxınlığındakı zəlzələ Türkiyənin Van şəhərində 8 nəfərin ölümünə, 30-a yaxın şəxsin xəsarət almasına səbəb olub./publika.az

Xəbər lenti