Yəməndəki husi qruplaşması 4 ədəd hava hücumundan müdafiə sistemi yaradıb.
Bunu husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Muşat deyib.
Onun sözlərinə görə, Sakb-1, Sakb-2, Sakb-3 və Fətr-1 adları verilən sistemlərlə koalisiya qüvvələri üzərində üstünlük əldə edəcək və müharibənin nəticəsini öz xeyirlərinə dəyişəcəklər.
Musat sistemlərlə bağlı əlavə məlumat verməyib./axar.az