Xəzər Xəbər

Gürcüstandan koronavirusla bağlı ÇAĞIRIŞ "İranda olan vətəndaşlarımız..."

Dünya | 10:45 • 23 Fevral 2020
Gürcüstandan koronavirusla bağlı ÇAĞIRIŞ

Gürcüstan hökuməti vətəndaşlarını İranda koronavirusun yayılması səbəbindən bu ölkəyə səfər etməməyə çağırıb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Məlumatda, Gürcüstan vətəndaşlarına İrana səfər etməkdən çəkinmək tövsiyə olunub. Eyni zamanda, İranda olan Gürcüstan vətəndaşlarına ehtiyac yaranacağı təqdirdə ölkənin Tehrandakı səfirliyinin "qaynar xətti” ilə əlaqə saxlamaları bildirilib./publika.az

Xəbər lenti