Xəzər Xəbər

Rusiya bazasına İRİMİQYASLI HÜCUM Ordu hərəkətə keçdi

Dünya | 10:08 • 23 Fevral 2020
Rusiya bazasına İRİMİQYASLI HÜCUM

Rusiyanın Suriyadakı "Hmeymim” hərbi bazasına ardıcıl hücumlar təşkil olunub.

XəzərXəbər xəbər verir ki, baza raketlərlə atəşə tutulsa da, hava hücumundan müdafiə sistemləri mərmiləri zərərsizləşdirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təkcə son 1 ay ərzində "Hmeymim” bazası 8 dəfə hücuma məruz qalıb.

Açıqlamada hücumların əsasən İdlib bölgəsindən təşkil edildiyi açıqlanıb. Rusiya ordusu mərmilərin atıldığı ərazilərə cavab zərbəsi endirib.

Qeyd edək ki, İdlibdə Rusiyanın dəstəklədiyi hökumət qüvvələri ilə Türkiyənin dəstəklədiyi müxalif silahlılar arasında şiddətli toqquşmalar davam edir./publika.az

Xəbər lenti