Xəzər Xəbər

ABŞ-ın nəhəng təyyarələri Türkiyənin HAVA MƏKANINDA - FOTO

Dünya | 12:26 • 22 Fevral 2020
ABŞ-ın nəhəng təyyarələri

ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən "İncirlik” hərbi bazasına Almaniyadan 5 yük təyyarəsi gəlib.

Təyyarələr Türkiyənin hava məkanı vasitəsilə İraqdakı ABŞ bazalarına yönləndirilib.

Qeyd edək ki, daha əvvəl bu təyyarələrin Türkiyəyə ABŞ istehsalı olan "Patriot” hava hücumundan müdafiə sistemlərini gətirdiyi iddia olunurdu. Çünki Suriyanın İdlib şəhərində yaşanan gərginlikdən sonra Türkiyənin ABŞ-dan müdafiə sistemləri tələb etdiyi şayiələri yayılmışdı.

Xatırladaq ki, "İncirlik”də ABŞ Hərbi Hava Qüvvələrinə bağlı 39-cu Qanad Komandanlığı və Türkiyə Hərbi Hava Qüvvələri 10-cu Tanker Baza Komandanlığı yerləşir./publika.az

Xəbər lenti