Xəzər Xəbər

İrana uçuşlar dayandırıldı VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Dünya | 11:15 • 22 Fevral 2020
İrana uçuşlar dayandırıldı

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırıb.

"Anadolu” agentliyi xəbər verir ki, buna səbəb yeni tip koronavirusun ölkə ərazisində sürətlə yayılmasıdır.

SPA xəbər agentliyinin məlumatına görə, daha əvvəl Səudiyyə Ərəbistanından mövcud olan İrana səyahət qadağası bu səbəbdən uzadılıb.

Daha əvvəl İrana səyahət edən Səudiyyə Ərəbistanı vətəndaşları xaric, digər ölkələrin vətəndaşlarının ölkəyə girişi məhdudlaşdırılıb. Qaydaya əsasən, onlar İrandan çıxdıqdan 14 gün sonra ölkəyə giriş edə bilərlər.

Qanunu pozanlara səyahət sənədləri sistemi və icra qaydalarına uyğun hökmlər tətbiq olunacaq və 14 günlük karantinə alınacaqlar.

Bundan başqa, Küveyt, İraq və Əfqanıstan da eyni səbəbdən İrana aviareysləri təxirə salıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2016-cı ilin yanvar ayında Tehrandakı səfirliyi və Məşhəddəki konsulluqlarına edilən hücumdan sonra İranla diplomatic münasibətlərinə son qoyub.

Xatırladaq ki, İranda yeni tip koronavirusdan ölənlərin sayı 5-ə çatıb. 800-ə yaxın insanda virus şübhəsi var./publika.az

Xəbər lenti

Çox oxunanlar