Xəzər Xəbər

Trampdan YENİ TƏYİNAT: MKİ-yə onu rəhbər qoydu

Dünya | 16:22 • 20 Fevral 2020
Trampdan YENİ TƏYİNAT:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri vəzifəsinə müvəqqəti olaraq Riçard Qrenell təyin edilib.

Bu barədə Prezident Donald Tramp qərar qəbul edib.

Rəsmi tvitter hesabından açıqlama verən Tramp Qrennelli ABŞ-ın Berlindəki Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən MKİ direktoruluğuna təyin etməkdən məmnunluğunu ifadə edib.

Səfirin ölkədən kənarda ABŞ-ı çox yaxşı şəkildə təmsil etdiyini vurğulayan Prezident onunla birgə işləməyi səbrsizliklə gözlədiyini qeyd edib.

O, həmçinin, hazırda MKİ-nin rəhbəri vəzifəsində çalışan və qanunlara əsasən, 12 mart tarixinə qədər vəzifəsindən gedəcək Yosef Maquirə xidmətindən dolayı təşəkkür edib./publika.az

Xəbər lenti