Xəzər Xəbər

“Diamond Princess” gəmisində kovonavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Dünya | 09:28 • 20 Fevral 2020
“Diamond Princess” gəmisində kovonavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Yokohama limanında karantində olan "Diamond Princess” kruiz gəmisinin iki sərnişini koronavirusdan (COVID-2019) dünyasını dəyişib.


Xezerxeber.az-ın "Rossiya 24" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya mediası məlumat yayıb.


Qeyd olunub ki, ölənlərdən biri 80 yaşdan yuxarı olan qadındır. Hələlik onların hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilməyib.


Qeyd edək ki, "Diamond Princess” kruiz gəmisində 50 ölkədən 4 min sərnişin var. 621 nəfərin koronavirusa yoluxduğu gəmi fevralın əvvəlində karantinə alınıb. Fevralın 19-da 500 nəfər sağlam turistlərə gəmini tərk etməyə icazə verilib.


Xəbər lenti