Xəzər Xəbər

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 82 nəfərə çatdı

Dünya | 09:09 • 20 Fevral 2020
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 82 nəfərə çatdı

Cənubi Koreya 31 yeni COVİD-2019 koronavirusa yoluxma hadisəsini təsdiqlədi.


Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.


Ölkədə yoluxanların ümumi sayı 82-yə çatdı.


Son məlumatlara görə, Cənubi Koreyada koronavirusdan 16 nəfər sağalıb və xəstəxanadan buraxılıb, 66 nəfər müalicə altındadır. Digər 1633 nəfər isə yoxlanılır. 

Xəbər lenti