Xəzər Xəbər

Ərdoğanın dünyanı silkələyəcək müharibə anonsuna Rusiyadan CAVAB: Hazırıq

Dünya | 15:23 • 19 Fevral 2020
Ərdoğanın dünyanı silkələyəcək müharibə anonsuna

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İdlibdə hərbi əməliyyat an məsələsidir” çıxışına Rusiyadan rəsmi cavab gəlib.

Kremlin Mətbuatla Əlaqələr Departamentindən verilən açıqlamada Suriya ordusuna qarşı türk əsgərləri tərəfindən keçiriləcək əməliyyatın ən zərərli ssenari olacağı bildirilib. Rəsmi Moskvanın Ankara ilə təmasları davam etdirdiyi də qeyd olunub.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da məsələ ilə bağlı açıqlama verib. Nazir Türkiyə ilə Suriya məsələsində aparılan danışıqların nəticəsiz qaldığını vurğulayıb: "Türkiyə ilə İdlib məsələsində bütün platformalarda işləməyə hazırıq. Buna ali platforma da daxildir”.

Lavrov Rusiya Prezidenti Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlığı ilə bağlı bilgisi olmadığını qeyd edib.

publika.az

Xəbər lenti