Xəzər Xəbər

Terrorçular ABŞ-la bağlı hər şeyi ETİRAF ETDİ Əsgərlər ağızlarını betonla bağlayır və...

Dünya | 16:27 • 19 Fevral 2020
Terrorçular ABŞ-la bağlı hər şeyi ETİRAF ETDİ

Suriyanın Deyr-əz-Zor şəhərində ABŞ və PKK terror təşkilatının nəzarətində olan 700-ə qədər neft quyusu var. Burada Bəşər Əsəd rejiminin payı yoxdur.

Bunu Eyn-əl-Ərəbdən qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan PKK terrorçuları etiraf edib.

Onların sözlərinə görə, PKK/PYD-nin qazandığı milyonlarla dollar 4 gündən bir 12 zirehli avtomobillə Qamışlı rayonundakı SAT-KOP adlı satış bazasına aparılır. Yerli xalqın ayağa qalxmaması üçün isə neftin az bir qismi onlara verilir.

Çıxarılan xam neftin barel üzrə qiyməti keyfiyyətinə görə 25-60 dollar arasında dəyişir və yerli xalq tərəfindən rəfinə edilir. Terrorçular bəzən neftin satışı və daşınmasını çatdıra bilmədiyi üçün amerikalı əsgərlərin təlimatı əsasında quyuları beton bloklarla bağlayır. Lakin bu quyular bir müddət sonra neftin təzyiqindən açılır və xammal yerin səthinə tökülür.

Emal edilən neftin ticarəti Royovada aparılır. Qalan neft tırlarla Dərik Səməlka sərhəd qapısından İraqa, oradan Bəsrə körfəzindən dəniz yolu ilə ABŞ-a çatdırılır. Deyr-əz-Zorun YPG terrorçularının nəzarətinə keçməsindən sonra isə çıxarılan neft birbaşa İraqa daşınır. Buradan yenə də eyni qaydada ABŞ-a göndərilir. Etirafçı terrorçular Avropa dövlətlərinin Suriya neftindən aldığını da ortaya çıxarıb. Danimarka, İsveç, Fransa, Misir və Niderland PYD/YPG-nin nəzarətindəki neftdən nümunələr götürüb./publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti