Xəzər Xəbər

Somalidə “Əl-Şabaab” terror təşkilatının 12 üzvü öldürülüb

Dünya | 12:15 • 19 Fevral 2020
Somalidə “Əl-Şabaab” terror təşkilatının 12 üzvü öldürülüb

Somali ordusunun keçirdiyi hərbi əməliyyatda bu ölkənin Aşağı Şabelle regionunun cənubunda yerləşən terrorçu düşərgəsi məhv edilib. 


Xezerxeber.az xəbər verir ki, ordunun xüsusi təyinatlı dəstəsi "Əl-Şabaab” terror təşkilatının 12 üzvü öldürüb.


Somali Xüsusi Təyinatlı Qoşun Hissəsinin komandiri İsmayıl Əbdi Malik bildirib ki, terrorçuların bazasından çoxlu silah-sursat müsadirə edilib. Onun sözlərinə görə, atışmalar zamanı əsgərlər arasında ölən olmayıb. Komandir əlavə edib ki, ordunun əməliyyatları terrorçuların bu bölgədən tamamilə təmizlənməsinə qədər davam edəcək.


Hərbi əməliyyat zamanı yerli sakinlər bölgəni tərk etməyə məcbur olublar.


Somalinin cənub bölgəsi 20011-ci ildən bəri - "Əl-Şabaab” terrorçularının paytaxt Moqadişodan çıxarılmasından sonra davam edir. Antiterror əməliyyatları Somali ordusu və Afrika Müttəfiq Qoşunu tərəfindən həyata keçirilir.

Xəbər lenti