Xəzər Xəbər

Koronavirusla bağlı görünməmiş addım: Yoluxmamaq üçün... - FOTO

Dünya | 17:52 • 18 Fevral 2020
Koronavirusla bağlı görünməmiş addım:

Çində yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 1869 nəfərə çatıb.

Virusun Çinin digər şəhərlərində yayılmasının qarşısını almaq üçün restoran kimi ictimai yerlərdə baryerlər qurularaq tədbir görülüb.

Çindəki fabrikdə işçilər yeməkləri digər həmkarlarından ayrı oturaraq baryerlər olan masalarda yeyirlər.

Qeyd edək ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, ölkədə virusda yoluxan 72436 nəfərdən 11471 nəfərin vəziyyəti ağırdır.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 6242 nəfərdir. 141552 nəfər karantində saxlanılır. Müalicə alaraq sağalanların sayı 12552 nəfərə çatıb.

Xəbər lenti