Xəzər Xəbər

DƏHŞƏTLİ İZDİHAM Azı 24 ölü, onlarla yaralı var

Dünya | 15:50 • 18 Fevral 2020
DƏHŞƏTLİ İZDİHAM

Nigerin Diffa bölgəsində nigeriyalı qaçqınlara humanitar yardımların verilməsi zamanı izdiham yaşanıb.

Hadisə zamanı azı 24 nəfər həyatını itirib. Onların əksəriyyəti qadın və uşaqlardır. Onlarla insan xəsarət alıb. Məlumata görə, Boko Haram qruplaşmasının hücumlarından qaçaraq Niger dövlətinə sığınan insanlara yardım üçün bölgəyə çox miqdarda humanitar yardım gətirilib.

Onların bölüşdürülməsi zamanı ərazidə yüzlərlə qaçqın olub. Qaçqınlar yardımın çatmayacağından ehtiyat edərək onu daha tez əldə etməyə çalışıblar. Nəticədə izdiham yaşanıb./publika.az

Xəbər lenti