Xəzər Xəbər

Uhanda xəstəxananın rəhbəri koronavirusdan öldü - FOTO

Dünya | 10:17 • 18 Fevral 2020
Uhanda xəstəxananın rəhbəri koronavirusdan öldü -

Uhan şəhərində "Uçan” xəstəxanasınınbaş həkimi koronavirusdan ölüb.

Bu barədə TASS Çinin Mərkəzi Televiziyasına istinadla məlumat yayıb.

Məlumatdabildirilir ki, Lyu Çjimin bu xəstəlikdən vəfat edən ilk tibb müəssisəsi rəhbəridir.

Qeyd edək ki, baş həkimin ölməsi barədə məlumat ötən gün yayılmışdı. Lakin sonradan bir çox yerli media bu xəbəri təkzib etdi. Lakin bu gün səhər onun yeni tip koronavirusdan ölüm faktı təsdiqləndi.

Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin fevralın 14-də verdiyi məlumata görə, tibb işçiləri arasında yeni koronavirusayoluxma hallarının sayı 1,7 min nəfəri keçib.

Xəbər lenti