Xəzər Xəbər

Ölkədə bu məhsulların satışı qadağan olundu BÖYÜK TƏHLÜKƏ

Dünya | 18:19 • 17 Fevral 2020
Ölkədə bu məhsulların satışı qadağan olundu

Bolqarıstanda quş qripi kütləvi hal alıb.

Qida Təhlükəsizliyi Agentliyi bu gün ölkənin cənubunda yerləşən Rakovski bölgəsində H5N8 virusunun aşkar olunduğunu açıqlayıb.

Agentlik virusun ördək fermasında ortaya çıxdığını, buna görə 5 min 830 ördəyin məhv ediləcəyini bildirib. Fermanın 3 km əhatəsi karantinə alınıb. Yabanı və ev quşlarının hərəkətləri məhdudlaşdırılıb. Yumurta və toyuq məhsullarının satışı ikinci əmrə qədər qadağan olunub.

Xəbər lenti