Xəzər Xəbər

ABŞ-dan İsrailə şok xəbərdarlıq: Fələstini işğal etsən...

Dünya | 12:45 • 10 Fevral 2020
ABŞ-dan İsrailə şok xəbərdarlıq:

"Əsrin müqaviləsi” planı ilə bağlı proses tamamlanmadan təktərəfli hərəkət edilsə, İsrail ABŞ-ın dəstəyini itirəcək.

Bu sözləri ABŞ-ın İsraildəki səfiri Devid Fridman Tvitter səhifəsində yazıb.

O bildirib ki, ortaq komissiyanın müəyyən edəcəyi xəritə olmadan ilhaq prosesi icra edilməməlidir:

"Komissiyanın işi bitmədən həyata keçiriləcək təktərəfli hər hansı prosedur, zəbtetmə ABŞ-ın bu ilhaqı tanımasına maneə yarada bilər”.

Səfir komissiyanın yekun qərarının 2 martdan tez verilməyəcəyini vurğulayıb./axar.az

Xəbər lenti