Xəzər Xəbər

Savaş təhlükəsi artır: Ağır nəticələri olacaq

Dünya | 12:41 • 10 Fevral 2020
Savaş təhlükəsi artır:

İsrail Qəzzaya yeni bir əməliyyat təşkil etsə, bunun ağır nəticələrini görəcək.

Bu barədə HƏMAS bəyanat yayıb.

Bəyanatda İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzada əməliyyat keçirməklə bağlı sözlərinə sərt reaksiya verilib:

"Bu təhdidlər bizi qorxutmur. Əksinə, Qəzzadakı mübariz qruplar arasında birliyi daha da qüvvətləndirir".

İslami-Cihad qruplaşması isə İsraildən gələn istənilən hücuma cavab verəcəklərini açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl İsrail Baş naziri B.Netanyahu Qəzzada hərbi əməliyyata başlamaq planını nəzərdə keçirdiklərini deyib./axar.az

Xəbər lenti