Xəzər Xəbər

İran ABŞ-ı qorxuya saldı - Yeni gərginlik

Dünya | 15:52 • 9 Fevral 2020
İran ABŞ-ı qorxuya saldı - Yeni gərginlik
Yanvarda müharibənin astanasından dönən ABŞ və İran arasında yenidən gərginliyi artıracaq hadisə yaşanıb.

Buna səbəb İranın kosmosa bu gün bir peyk göndərəcəyini açıqlaması olub.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi "qələbə peyki Sinandan 7,400 kilometr sürətlə orbitə göndəriləcək”, - deyə bildirib.

ABŞ İranın bu addımına etiraz edib. Bu ölkənin rəsmiləri İranın peyk göndərmə planının əslində balistik raket sınağını gizləmək üçün düşünülmüş bir addım olduğunu bildiriblər./publika.az

Xəbər lenti