Xəzər Xəbər

Belarus koronavirusla mübarizəyə dəstək məqsədilə Çinə humanitar yardım göndərib

Dünya | 21:34 • 29 Yanvar 2020
Belarus koronavirusla mübarizəyə dəstək məqsədilə Çinə humanitar yardım göndərib

Belarus koronavirusla mübarizəyə dəstək məqsədilə Çinə humanitar yardım göndərib. 

ИЛ-76МД yük təyyarəsi Pekinə 20 saata çatacaq.

Belarusun Səhiyyə naziri Vladimir Karanik bildirib ki, humanitar yardımın ümumi çəkisi 20 tondur. Çin tərəfinin istəyinə uyğun olaraq humanitar yardımın 4,5 tonu koronavirusa qarşı antibiotiklər, 10 tondan artıq dezinfeksiyaedici maddələr, digərləri isə tibb işçiləri üçün qoruyucu vasitələr (əlcəklər, maskalar, birdəfəlik geyim), hava dezinfeksiyaedici maddələrdir.

Qeyd edək ki, artıq Çində bu virusa yoluxanların sayı 6086 nəfər, ölənlərin sayı 132-dir.

Xəbər lenti