Xəzər Xəbər

Çində dörd pakistanlı tələbə koronavirusa yoluxub

Dünya | 17:54 • 29 Yanvar 2020
Çində dörd pakistanlı tələbə koronavirusa yoluxub

Çinin universitetlərində təhsil alan dörd pakistanlı tələbə koronavirusa yoluxub.


AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu haqda ölkənin Səhiyyə naziri Zafar Mirza məlumat verib. Onlar lazımi səhiyyə yardımı alırlar və özlərini yaxşı hiss edirlər.


Nazir deyib ki, Çində 500-dən artıq pakistanlı tələbə təhsil alır. Pakistanın Çindəki səfirliyinin əməkdaşları onlarla müntəzəm olaraq əlaqə saxlayır.


Xatırladırıq ki, Çində bu virusa 6086 adam yoluxub, 132 nəfər ölüb. Çindən başqa bu virus Honkonq, Tailand, Tayvan, Malayziya, Yaponiya, ABŞ, Cənubi Koreya, Vyetnam, Sinqapur, Nepal, Fransa, Almaniya və Avstraliyada qeydə alınıb.

Xəbər lenti