Xəzər Xəbər

34 gün meşədə meyvə yeməklə sağ qaldılar

Dünya | 14:58 • 29 Yanvar 2020
34 gün meşədə meyvə yeməklə sağ qaldılar

Kolumbiyalı ana və üç uşağı itkin düşdükdən 34 gün sonra Peru əsilli insanlar tərəfindən meşədə tapılıb.

Ana və 10, 12, 14 yaşlı uşaqları bu müddət ərzində toxum, bitki və qırmızı meyvə yeyərək sağ qalıblar.

Ailə ac qaldığı və həddindən artıq maye itirdiyi üçün xəstəxanaya yerləşdirilib. Onlar 34 gün əvvəl Peru-Kolumbiya sərhədi yaxınlığındakı qohumlarıgildən qayıdarkən itkin düşüblər.

Qadın Kolumbiyadakı evlərinə qayıtmaq üçün əri ilə görüşməyi planlaşdırdırıb. Həyat yoldaşı qadın görüş yerinə gəlmədiyi zaman polislərə müraciət edib.

Qadın üç uşağı ilə 34 gün meşədə gəzdikdən sonra, Yubito kəndi yaxınlığındakı Redvud yerli sakinləri ilə görüşüb. Sakinlər Peru donanmasına və Kolumbiyalı həmkarlarına məlumat veriblər.

Xəstəxanaya yerləşdirilən ailədə ağcaqanad dişləməsi nəticəsində yaranan malyariya və sarı qızdırma kimi xəstəliklər də yoxlanılacaq./teleqraf

Xəbər lenti