Xəzər Xəbər

Tramp elan etdi: İran qərarına veto qoyacam

Dünya | 14:36 • 29 Yanvar 2020
Tramp elan etdi:

ABŞ Prezidenti Donald Tramp Konqresin İranda hərbi fəaliyyətləri məhdudlaşdıracaq mümkün qərarlarına veto tətbiq etmək niyyətindədir.

Bu məlumatı Ağ Ev yayıb.

Bu sənədin qəbul olunacağı halda ABŞ-ın düşmənlərinə güc verəcəyi vurğulanıb. Xüsusilə, maliyyələşmənin azalmasının administrasiyaya İrana münasibətdə və ABŞ-ın Yaxın Şərqdə maraqlarının müdafiəsi baxımından siyasət yürütməsinə mane olduğu vurğulanıb.

Qeyd edək ki, Nümayəndələr Palatası bu həftə iki qanun layihəsini səsverməyə çıxarmaq niyyətindədir. Onlardan biri İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə, digəri isə Prezidentin İraqda hərbi güc istifadəsinə icazəyə qadağadır./axar.az

Xəbər lenti