Xəzər Xəbər

Dünyanı sarsıdan CƏSUS QALMAQALI: İki nəhəng ölkə QARŞI-QARŞIYA

Dünya | 10:01 • 29 Yanvar 2020
Dünyanı sarsıdan CƏSUS QALMAQALI:

Yaponiya ilə Rusiya arasında cəsus qalmaqalı yaşanır.

Rəsmi Tokio, Rusiyanın cəsus elan etdiyi Yaponiya vətəndaşının qanunsuz fəaliyyətlə məşğul olmadığını bəyan edib. Bildirilib ki, deportasiya edilən şəxsin gizli məlumatlar ələ keçirməyə cəhd etdiyinə dair sübutlar yoxdur.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları hərbi məlumatları ələ keçirməkdə şübhəli bilinən Yaponiya vətəndaşını saxlayaraq, deportasiya edib. İddialara görə, özünü jurnalist kimi təqdim edən şəxs Vladivostok şəhərində hərbi məlumatlar ələ keçirməyə cəhd edib. Şübhəlinin adı açıqlanmır. Moskva məsələ ilə bağlı Yaponiyaya etiraz notası verib./publika.az

Xəbər lenti