Xəzər Xəbər

Türkiyədə yenidən ard-arda zəlzələ oldu

Dünya | 15:30 • 28 Yanvar 2020
Türkiyədə yenidən ard-arda zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində yenidən zəlzələ olub.

Sivricə bölgəsində yerli vaxtla 12:31-də 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Təxminən bir saat sonra Sivricədə yenidən 3,5 bal gücündə zəlzələ olub.

Qeyd edək ki, bölgədə 25 yanvarda 6,8 ballıq zəlzələ olmuşdu. Çox sayda insan dağıntılar altında qalmış, minə yaxın sakin xəsarət almışdı./publika.az

Xəbər lenti