Xəzər Xəbər

O, Stalinə Avropanı bölməyi təklif edib – Rəsmi sənəd

Dünya | 15:17 • 28 Yanvar 2020
O, Stalinə Avropanı bölməyi təklif edib

Britaniya Baş naziri Uinston Çörçill 1944-cü ildə SSRİ lideri İosif Stalinə Balkanları və cənub-şərqi Avropanın bir hissəsini Sovet və Qərb təsir zonalarına bölməyi təklif edib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

"Apreldə federal arxivin sərgi zalında "Stalin, Ruzvelt, Çörçill” sərgisi açılacaq. İlk dəfə olaraq razılaşmanın originalı təqdim ediləcək. 1944-cü ilin oktyabrında Çörçill Stalinə Balkanları və cənub-şərqi Avropanı Sovet və Qərb təsir zonalarına bölməyi təklif edib. Öz təklifini o, kağızda yazaraq, Sovet nümayəndə heyətinə təklif edib”, – deyə o bildirib.

Narışkin sənəddə Yuqoslaviyanın 50%-ni, Bolqarıstanın 75%-ni Sovet təsir zonasına verilməsinin nəzərdə tutulduğunu qeyd edib./axar.az

Xəbər lenti