Xəzər Xəbər

Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb

Dünya | 14:19 • 28 Yanvar 2020
Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.


APA-nın "Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, Q. Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirilib.


Qadın isə uşağı naməlum istiqamətə aparıb. Q. Nazaryan hesab edir ki, keçmiş arvadı uşağı oğurlayıb.


Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Xəbər lenti