Xəzər Xəbər

Yemək gözləyirlər: 7 milyon insan acdır

Dünya | 15:47 • 27 Yanvar 2020
Yemək gözləyirlər:

Efiopiyada kəskin quraqlıq səbəbindən təxminən 7 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi açıqlanıb.

Bu barədə Efiopiya Milli Fəlakət Riskləri İdarəetmə Komissiyası açıqlama yayıb.

Komissiya 7 milyon insanın qida problemini həll etmək üçün 1 milyard dollar ehtiyacın olduğunu bildirib.

Açıqlamada qlobal iqlim dəyişikliyi səbəbindən təkrarlanan quraqlığın iqtisadiyyat və xalqın sosial həyatına zərər vurduğu vurğulanıb./Teleqraf

Xəbər lenti