Xəzər Xəbər

Britaniya Breksitin şərəfinə pul buraxdı

Dünya | 16:27 • 26 Yanvar 2020
Britaniya Breksitin şərəfinə pul buraxdı

Britaniya Breksitin şərəfinə buraxılan sikkəni ilk dəfə nümayiş etdirib.

Sikkəni ölkə parlamentinin üzvü Sacid Cavid Tvitter səhifəsində təqdim edib.

Tünd mavi rəngdə olan sikkə 50 pensə bərabərdir. Üzərində ağ hərflərlə infilis dilində belə şüar yazılıb:

"Sülh, çiçəklənmə və bütün ölkələrlə dostluq. 31 yanvar 2020-ci il”.

Britaniyanın Avropa İttifaqından çıxacağı 31 yanvarda sikkənin 3 milyon ədəd buraxılması gözlənilir./axar.az

Xəbər lenti