Xəzər Xəbər

Türkiyədə zəlzələ bölgəsindən daha 4 nəfərin meyiti tapıldı

Dünya | 15:22 • 26 Yanvar 2020
Türkiyədə zəlzələ bölgəsindən daha 4 nəfərin meyiti tapıldı

Türkiyənin Elazığ şəhərindəki zəlzələdə ölənlərin sayı 25 nəfərə çatıb.

Demirören xəbər agentliyi xəbər verir ki, bu gün şəhərin Sürsürü məhəlləsindəki çökən binanın qalıqları altından 3, Mustafa paşa məhəlləsindəki binanın altından isə 1 nəfərin cəsədi çıxarılıb. Meyiti aşkarlanan şəxslərdən 2-si qadın, 2-si kişidir.

Hazırda dağıntılar altında daha 5 nəfərin qaldığı bildirilir./publika.az

Xəbər lenti