Xəzər Xəbər

Putindən yeni təyinatlar Fərman imzaladı

Dünya | 13:39 • 24 Yanvar 2020
Putindən yeni təyinatlar

Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Putin özünə iki yeni köməkçi təyin edib.

Fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri müəyyən edilib.

Bundan başqa, baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb./publika.az

Xəbər lenti