Xəzər Xəbər

Qazaxıstanda qar çovğunu səbəbindən avtonəqliyyatın fəaliyyəti dayandırılıb

Dünya | 15:46 • 23 Yanvar 2020
Qazaxıstanda qar çovğunu səbəbindən avtonəqliyyatın fəaliyyəti dayandırılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda şəhərətrafı marşrutların hərəkəti dayandırılıb. Yanvarın 22-si gecə saatlarından başlayan, hələdə davam edən qar fırtınası və görünmə məsafəsinin aşağı olma səbəbindən bütün növ avtonəqliyyat vasitələri üçün hərəkət bağlanıb.


Hava şəraitinin pisləşməsi nəticəsində güclü külək, görüntünün məhdudlaşdırılması respublika əhəmiyyətli avtomobil yollarının 6 hissəsində və vilayət yollarında da bütün növ avtonəqliyyat vasitələri üçün hərəkət bağlanıb.


Paytaxtın Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında güclü fırtına səbəbi ilə beynəlxalq və daxili istiqamətlərdə 32 reysdə ləngimə var, 11 uçuş təxirə salınıb.


Yollarda baş verən bütün dəyişikliklər və fırtınalar barədə region sakinlərinə mobil telefonlara elanlar göndərilərək əvvəlcədən xəbərdarlıq edilir.


Hava şəraitinin pisləşməsi nəticəsində paytaxt məktəblərində 0-12 siniflərdə və kolleclərdə dərslər təxirə salıb.

Xəbər lenti