Xəzər Xəbər

Qazaxıstanda qızılca 21 nəfəri öldürdü

Dünya | 17:26 • 23 Yanvar 2020
Qazaxıstanda qızılca 21 nəfəri öldürdü

Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib.

O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub.

Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar.

Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub.

Xəbər lenti