Xəzər Xəbər

ŞOK TƏHDİD: Sərnişin təyyarələrini vura bilərik

Dünya | 15:46 • 23 Yanvar 2020
ŞOK TƏHDİD:

Liviyada general Xəlifə Haftar paytaxt Tripoli və ətraf şəhərlərdə uçan təyyarələri vura biləcəkləri barədə xəbərdarlıq edib.

Bu barədə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusundan açıqlama verilib. Bildirilib ki, paytaxtdan 120 kilometr məsafədə yerləşən Giryan şəhərindən, 90 kilometr məsafədə yerləşən Mitiqa şəhərinə qədər olan ərazidə uçuşlar qadağan edilib.

Hava yolları şirkətlərinə də bununla bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Liviyada tərəflər arasında atəşkəs elan edilsə də, toqquşmalar səngimir./publika.az

Xəbər lenti