Xəzər Xəbər

Türkiyədən Putinə XƏBƏRDARLIQ: Öhdəlikləri yerinə yetirin!

Dünya | 17:51 • 22 Yanvar 2020
Türkiyədən Putinə XƏBƏRDARLIQ:

"Əsəd rejiminin dinc sakinlərə hücum etməsi qəbuledilməzdir. Rejimin təminatçısı olaraq Rusiyanın atəşkəs mövzusunda öhdəliklərini yerinə yetirməsini gözləyirik. Prezidentimiz Berlində bunu Putinə də xatırlatdı”.

Bu sözləri Davos İqtisadi Forumunun 50-ci zirvəsi çərçivəsində "Yaxın Şərq və Afrikanın Geosiyasi Görünüşü” açıq panelində çıxış edən Türkiyə Xarici İşlər nazir Mövlud Çavuşoğlu deyib.

Türkiyə-Rusiya münasibətləri üzərinə ünvanlanan suala cavab verən nazir bildirib ki, iki ölkə arasında Krımın ilhaqı, Gürcüstan və Ukrayna məsələlərində ixtilafları var. Bundan başqa, Türkiyə Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyini müsbət qarşılamır: "Bu problemlərə rəğmən, Rusiya ilə Suriya və Liviyada böhranların həllinə dair birgə işlədik. Bunun sayəsində İdlibdə humanitar böhranın qarşısını ala bildik. Lakin Rusiya Bəşər Əsəd rejiminə dəstəyini davam etdirir. Ayrıseçkilik qoymadan dinc sakinləri bombalayır. Rusiyanın Suriyada atəşkəsi qorumasını gözləyirik”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti