Xəzər Xəbər

İraqda irimiqyaslı aksiyalar: Polis döyüş güllələrindən istifadə edir

Dünya | 14:52 • 20 Yanvar 2020
İraqda irimiqyaslı aksiyalar:

İraqın paytaxtı Bağdadda və ölkənin cənub şəhərlərində hökumət əleyhinə aksiyalar davam edir.

Nümayişçilər mərkəzi yolları bağlayaraq, körpülərə nəzarəti ələ keçiriblər. Hökumət bəzi şəhərlərdə toqquşmaların qarşısını almaq üçün rəsmi tətil elan edib.

Təhlükəsizlik əməkdaşları narazı kütləni dağıtmaq üçün döyüş güllələrindən və göz yaşardıcı qazdan istifadə edir. Tələfat barədə məlumat olmasa da, çox sayda etirazçının xəsarət aldığı bildirilir./publika.az

Xəbər lenti