Xəzər Xəbər

Rusiyada hoteldə 5 nəfər ölüb

Dünya | 09:54 • 20 Yanvar 2020
Rusiyada hoteldə 5 nəfər ölüb

Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən "Karamel" mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.


Xezerxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.


Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Xəbər lenti