Xəzər Xəbər

Yunanıstanda GÜCLÜ ZƏLZƏLƏ baş verdi

Dünya | 10:12 • 19 Yanvar 2020
Yunanıstanda

Yunanıstanın Egey dənizi sahillərində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Anadolu agentliyi xəbər verir ki, yeraltı təkanların fəsadları barədə məlumat yoxdur. Xatırladaq ki, ötən axşam Yunanıstan sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri yerin 16 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat qeydə alınmayıb./publika.az

Xəbər lenti