Xəzər Xəbər

Baş nazir Ukrayna təyyarəsinin vurulmasına görə Trampı ittiham etdi

Dünya | 09:38 • 15 Yanvar 2020
Baş nazir Ukrayna təyyarəsinin vurulmasına görə Trampı ittiham etdi

Kanadanın Baş naziri Castin Trüdo Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulmasına görə, ABŞ prezidenti Donald Trampı ittiham edib.

O, yerli mediaya açıqlamasında bildirib ki, ABŞ bölgədə gərginlik yaradacaq addımlar atmasaydı faciə baş verməzdi:

"Son günlər bölgədə gərginlik artmasaydı, kanadalılar indi evlərində olacaqdı. Müharibənin acısını məsumlar yaşayır”.

Xatırladaq ki, İranın müdafiə sistemləri laynerin raket olduğunu güman edərək, hədəfə alıb. Nəticədə aralarında Kanada vətəndaşları da olmaqla 176 nəfər həyatını itirib./publika.az

Xəbər lenti