Xəzər Xəbər

630 kq narkotik maddə müsadirə edildi

Dünya | 17:33 • 14 Yanvar 2020
630 kq narkotik maddə müsadirə edildi

Misirin Port Səid limanında 630 kq narkotik maddə müsadirə edilib. 


Gömrük əməkdaşları alma yüklənmiş konteynerdə qadağan olunmuş həşiş paketləri aşkar edərək götürüblər. Konteynerin Suriyadan AH adlı idxal-ixrac şirkəti tərəfindən gətirildiyi bildirilir.


Konteynerə baxış zamanı aşkar edilən alma qutularının içərisində gizlədilmiş 630 kq çəkisi olan 3 mindən çox həşiş paketi müsadirə olunub. Port Səid gömrüyünün mərkəzi departamenti və Azad Ticarət Zonası rəhbərliyi tərəfindən şirkətin sahiblərinə qarşı cinayət işi qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xəbər lenti