Xəzər Xəbər

Cammu və Kəşmir bölgəsində daşqınlar nəticəsində doqquz adam ölüb

Dünya | 16:17 • 14 Yanvar 2020
Cammu və Kəşmir bölgəsində daşqınlar nəticəsində doqquz adam ölüb

Cammu və Kəşmir bölgəsində aramsız yağan yağış və daşqınlar nəticəsində doqquz adam ölüb.


Ölənlərin dördü hərbçi, beşi mülki vətəndaşdır.


Artıq ikinci gündür ki, daşqınlar regiondakı hərbi obyektlərə və mülki evlərə ciddi ziyan vurur. Evlərin dağılması nəticəsində xeyli adamın yaralandığı bildirilir.


Sinoptiklər isə belə hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.

Xəbər lenti