Xəzər Xəbər

Ukraynada qrip “can almaq”da davam edir

Dünya | 14:49 • 14 Yanvar 2020
Ukraynada qrip “can almaq”da davam edir

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından daha bir ölüm faktı qeydə alınıb. AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Jitomir şəhərində ilin əvvəlində A (H1N1) qrip virusu ilə xəstəxanaya yerləşdirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb. O qripə qarşı vaksin olunmayıb. Qeyd edək ki, ilin əvvəlindən Jitomirdə artiq ikinci adamdır ki, qripdən ölüb. Ümumilikdə, yeni epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 4 nəfər həlak olub. Onlardan biri 31 yaşlı hamilə qadın olub.


Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin olunmağa çağırıb.


Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiyasından 63 nəfər ölüb.

Xəbər lenti