Xəzər Xəbər

Ukrayna təyyarəsini vuran hərbçilər həbs edilib, “qara qutu” Fransaya göndərilib

Dünya | 14:44 • 14 Yanvar 2020
Ukrayna təyyarəsini vuran hərbçilər həbs edilib, “qara qutu” Fransaya göndərilib

İranın hüquq-mühafizə orqanları Ukrayna təyyarəsinin yanlışlıqla vurulmasında təqsirləndirilən hərbçiləri həbs ediblər.


Xezerxeber.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İslami məlumat verib.


Həbs edilənlərin sayı və sərnişin təyyarəsinin vurulması haqqında əmri verənin şəxsiyyəti açıqlanmayıb. Q.İslami sadəcə təqsirləndirilənlərin həbs edildiyini və istintaqın aparıldığını bildirib.


Eyni zamanda, təyyarənin "qara qutu”sundakı məlumatların daha dəqiq öyrənilməsi üçün onun Fransaya göndərildiyi qeyd olunub.


Yanvarın 8-də Tehranın İmam Xomeyni beynəlxalq hava limanı yaxınlığında Ukraynaya məxsus "Boeing” sərnişin təyyarəsi raket atəşi ilə vurulub və nəticədə 176 nəfər həlak olub. Həlak olanlar arasında Urkayna, Kanada və İran vətəndaşları olublar. Rəsmi Tehran təyyarənin yanlışlıqla vurulduğunu etiraf edib.

Xəbər lenti