Xəzər Xəbər

Çin ABŞ-dan 200 milyardlıq mal alacaq – Yeni razılaşma

Dünya | 15:18 • 14 Yanvar 2020
Çin ABŞ-dan 200 milyardlıq mal alacaq

Çin ABŞ-dan iki ölkə arasında imzalanan ticarət razılaşması çərçivəsində 200 milyard dollarlıq mal alacaq.

Bu məlumatı Honkonqun "Sous Çayn Morninq Post” qəzeti yayıb.

Ticarət razılaşmasının yanvarın 15-də Vaşinqtonda imzalanacağı bildirilib. Baş tutacaq görüşdə ABŞ-ı Prezident Donald Tramp, Çini isə Baş nazirin müavini Lyu Xenin təmsil edəcəyi vurğulanıb.

Tərəflər arasında imzalanacaq müqaviləyə əsasən, Çin ABŞ-dan iki il ərzində 200 milyard dollarlıq məhsul alacaq. Pekinin alacağı məhsullardan 75 milyard dollarını sənaye, 50 milyard dollarını enerji daşıyıcıları, 40 milyardını kənd təsərrüfatı mallarının təşkil edəcəyi bildirilib. Üstəlik, Çinin müxtəlif xidmətlər üçün 35 milyard dollar xərcləyəcəyi vurğulanıb./axar.az

Xəbər lenti