Xəzər Xəbər

İranda təbii fəlakət baş verib

Dünya | 14:05 • 14 Yanvar 2020
 İranda təbii fəlakət baş verib

Aramsız yağan yağışlar İranın Sistan-Bəlucistan vilayətində böyük fəsadlar yaradıb.


Təbii fəlakət nəticəsində vilayətin yolları, körpülər, evlər və əkin sahələri suyun altında qalıb. Məktəblərlə yanaşı idarə və müəssisələr də müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.


Hökumət nümayəndələri təbii fəlakət zonasında olaraq təcili tədbirlərin görülməsi haqqında məsələ qaldırıblar. Sel suyunun həddən artıq çox olması bərpa işlərinin yerinə yetirilməsinə imkan vermir. (AZƏRTAC)

Xəbər lenti